Cəmiyyət

Bu küçə piyadalar üçün təhlükədir

16 Sentyabr 2014 10:51
1 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Şəfaət Mehdiyev 189 ünvanında piyadalar hər gün həyatlarını riskə ataraq yolun hərəkət hissəsindən keçirlər.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, yeraltı keçidinin olmaması və küçənin pis işıqlanması minlərlə adamın həyatı üçün təhlükədir. Yoldakı "zebra" işarəsi də çoxdan silinib.

Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, həmin yerdə yeraltı keçid tikintisi ilə bağlı heç nə deyə bilmir:

"Əgər "zebra" silinibsə, bu barədə müvafiq şöbəyə məlumat verərəm ki, tezliklə problemi aradan qaldırsınlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.