Cəmiyyət

Yol polisi sizi törətmədiyiniz qayda pozuntusunda ittiham edirsə... - MÜZAKİRƏ

16 Sentyabr 2014 10:45
4 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yol Patrul Xidmətinin əməkdaşı sürücünü olmayan bir şeyə görə ittiham edirsə, nə etməli? Ümumiyyətlə, yol polisi sürücünü heç bir əsas olmadan saxlaya bilərmi?

Milli.Az xəbər verir ki, belə bir sualın qaldırılması üçün səbəb Day.Az saytının əməkdaşının başına gələn hadisə olub. Şamaxı-Bakı yolunda, rayon mərkəzində onu yol patrul xidmətinin əməkdaş saxlayıb. Hərəkət edərkən mobil telefonla danışdığını iddia edib. Avtomobildə onunla yanaşı 4 sərnişin olub.

"Maşını sürərkən, nəinki telefonla danışmamışam, ona, ümumiyyətlə, toxunmamışam. Polisdən xahiş etdim ki, özünü təqdim etsin. O, özünü təqdim etdikdən sonra dedim ki, telefonla danışmamışam. Sübut üçün xahiş elədim ki, telefonumda axırıncı zəngin tarixinə baxsın.

Məlum olanda ki, onun iddiası yalandır, taktikanı dəyişməyə başladı. İttiham tonundan özünümüdafiə tonuna keçdi: "Mən, sadəcə, soruşdum ki, maşın sürərkən telefonla danışmısınız, ya yox" dedi və mənə inandığını bildirdi".

Təhlükə sovuşsa da, suallar qalıb. Bəs siz necə düşünürsünüz, əziz oxucular?

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.