Cəmiyyət

Ömür boyu yediklərimiz - ağılasığmaz rəqəmlər... - FOTO

16 Sentyabr 2014 10:39
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnsan qidasız və susuz yaşaya bilməz. Yarandığı gündən ömrünün son anlarına qədər insanın nə qədər yediyi və içdiyini dəqiq hesablamaq mümkün olmasa da, təxmini rəqəmlər çıxarmaq olar.

Modern.az saytının məlumatına görə, orta hesabla bir insan ömrünü 70 il götürsək, bu illər ərzində istifadə olunan qida və suyun miqdarı ağılasığmaz rəqəmlərlə əks olunur.

Yaşadığımız ölkənin milli mətbəxini nəzərə alsaq, hər bir insan gün ərzində təxminən 150 qram ət yeyir. Əgər ət məhsullarını rasionumuza ildə heç olmasa 250 gün daxil ediriksə, ətdən müntəzəm qidalanmanı 5 yaşından başlayırıqsa, ömümüz boyu 2 ton 600 kiloqram ət yeyirik.

Əgər gün ərzində 20 qram kərə yağı yeyiriksə, 70 ildə yarım tondan çox yağ istifadə etmiş oluruq. Bu yalnız səhər yeməyində istifadə etdiyimiz yağdır.

Dədə-babadan süfrələrimizi bəzəyən pendir demək olar ki, gündəlik qida rasionumuzda özünə yer tapır. Sutka ərzində 15-20 qram pendirdən istifadə etsək mədəmiz 70 ildə orta hesabla yarım ton pendirin "əziyyətini" çəkməli olur.

70 il yaşamaq qisməti olan insan əgər həftədə qida rasionuna iki dəfə 1 yumurta daxil etsə, ömür boyu yeyilən yumurtaların sayı 7280 ədədə çatır.

Yaşadığımız illər ərzində mədəmizin daimi və sevimli "qonaqlarından" biri kartofdur. Gündəlik qida rasionumuza daxil olan kartofdan sutkada 200 qram istifadə etsək, orta hesabla ömrümüz boyu 5 tondan da bir az artıq kartof yemiş oluruq.

Gün ərzində ən azı 1 litr adi su içsək, 70 ildə böyrəklərimiz 2 ton 550 litr suyu süzmək məcburiyyətində qalır. Burda söhbət yalnız adi təmiz sudan gedir. Digər içkilər və qida məhsullarının tərkibində olan su nəzərdə tutulmur.

Azərbaycanda çətin ki, kimsə həyatını çaysız təssəvür etsin. Orta hesabla gün ərzində 3 fincan çay içsək, 70 ildə 76 min 650 fincan çay içmiş oluruq. Təbii ki, bu rəqəm gününün yarısından çoxunu çayxanalarda keçirən çayxorlara aid deyil.

Əgər bir fincan çayı bir ədəd konfet və ya şokoladla içsək, bu şirniyyatların sayı da finçanların sayına bərabər olacaq. Yəni, 76 min 650 ədəd.

Əgər çalışıb gündəlik yediyimiz çörəyin qədərini 400 qrama sala bilsək, 70 ildə 10 tondan artıq çörək yemiş oluruq. Bu rəqəm də hamıya şamil olunmur. Çünki elələri var ki, təkcə səhər yeməyində çəkisi 300-400 qram olan təndir çörəyini birnəfəsə yeyir.

Bütün yediklərimizi dada gətirmək üçün duzdan mütləq istifadə edirik. İstər açıq formada, istərsə də qida məhsullarının tərkibində insan orqanizmi 70 ildə təxminən 400-500 kiloqram duz qəbul edir.

Bu ağılasığmaz rəqəmlərə nəzər yetirəndə insan yalnız bir şey düşünür: Yediklərimiz daxili orqanlarımıza halal olsun ki, onlar tonlarla bu məhsulları yerbəyer etməyi bacarır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.