Cəmiyyət

Bakıda 3 icra hakimiyyəti bunu niyə danır? - FOTO

16 Sentyabr 2014 01:00
5 Şərh     Baxış: 4 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda iyrənclik gözəlliklə eyni sürətdə böyüyür. Müşfiq qəsəbəsində yaşayan sakinlərin Milli.Az-a verdikləri məlumata görə, qəsəbə ərazisində abadlıqla yanaşı zibillik sahəsi də genişlənir. Sakinlərin şikayətlərində deyilir ki, Zərifə Əliyeva küçəsində zibil əlindən tərpənmək mümkün deyil:

"Rayon rəhbərliyimiz ancaq gözəlliklərdən danışır, amma bir qəsəbəni tamamilə unudublar. Uzun müddətdir küçədə zibillik təmizlənmir. Sakinlər öz pulları ilə maşın çağıraraq zibilləri təmizlətdiriblər. Ancaq indi həmin əraziyə yük maşını da girə bilmir. Ona görə də həmin ərazi iyrənclik saçır".

Abşeron rayon İcra  Hakimiyyəti başçısının köməkçisi Fuad Xəlilov Milli.Az-a bildirdi ki, Müşfiq qəsəbəsinin onlara heç bir aidiyyətı yoxdur, həmin ərazi Qaradağ rayonuna tabedir. 

Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova sakinlərin şikayətini təəcüblə qarşıladı. Xanım müavin Milli.Az-a açıqlamasında bildirdi ki, Müşfiq Qaradağ rayonunun ən təmiz qəsəbələrindən biridir: "Həmin qəsəbədə zibilliyin olması inandırıcı deyil. Ola bilsin ki, ucqar bir məhəllədə zibillik problem ola bilər. Abadlıq, zibilliklə mübarizə bizim diqqət mərkəzimizdədir. Qaradağ rayonu Bakının əlli bir faizini təşkil edir. Qəsəbələr bir-birindən çox uzaqda yerləşir. Müşfiqdəki problem epizodik bir hal ala bilər. Ola bilsin texnika çatmayıb. Bakının mərkəzində yaşayıram. Qaradağ Bakının mərkəzi ilə müqayisədə daha təmizdir".

Daha sonra icra hakimiyyətinin sektor müdiri Eldar Sadiqov Milli.Az-la əlaqə saxlayaraq Qaradağ rayonu ərazisində Zərifə Əliyeva adına küçənin olmadığını dedi: "Təranə İsmayılovanın tapşırığı ilə araşdırma apardıq. Bizim rayonda belə bir küçə yoxdur. Binəqədi rayonu ərazisində də yoxdur belə bir küçə".
 
Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.