Cəmiyyət

Qurbanlıq heyvan alarkən aldanmayın

15 Sentyabr 2014 19:57
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qurban bayramında rayonlardan Bakıya gətirilən heyvanlara ciddi nəzarət olunacaq. Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib.

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurban bayramı ərəfəsində ictimaiyyətdə başqa bir problem də yaşanır. Belə ki, bəzi dəllallar "qurbanlıq heyvanı çəkməzlər"; "qurbanlıq heyvanın çəkisini soruşmazlar" kimi xurafat fikirlərlə insanları aldatmaqla məşğuldur. Dini maarifi olmayan vətəndaşlarımız isə bu dəllallara aldanaraq, nəticədə, bəzən bir heyvana ikiqat pul ödəməli olurlar. Din mütəxəssisləri isə bildirir ki, bunlar boş fikirılərdir. Şəriətdə qurbanlıq heyvanın təyinatı verilirsə, nöqsanlı, ya nöqsansız olmasının araşdırılmasını buyurulursa, deməli, Qurban bayramı ərəfəsində alınan heyvanların çəkisini maraqlanmaq heç də günah bir iş deyildir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.