Cəmiyyət

Azərbaycanda hava kəskin dəyişəcək - YENİLƏNİB

15 Sentyabr 2014 14:42
26 Şərh     Baxış: 13 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:42

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 16-sı axşamdan 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

---------
13:21

Azərbaycanda hava şəraiti dəyişəcək, Bakıda havanın temperaturu 8, rayonlarda isə 10 dərəcəyə kimi enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq, sentyabrın 19-dək Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi ehtimalı var. Sentyabrın 17-19-da ötən günlərlə müqayisədə havanın temperatur tədricən 5-8 dərəcə enəcək. Əsas hava dəyişikliyi sentyabrın 17-də müşahidə ediləcək. Sentyabrın 18-də günorta saatlarında havanın temperaturu Bakıda 20-24 dərəcə isti olacaq. Paytaxtda yağış yağacağı ehtimalı var.

Sentyabrın 16-sı axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, sentyabrın II ongünlüyünün sonuna kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı gözlənilir. Proses qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcəyədək enəcək.

Prosesin gedişatından asılı olaraq, hər gün yeni məlumatlar təqdim ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.