Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibətilə müəllimləri, tələbə və şagirdləri, eləcəd də valideynləri təbrik edib.
Trend-in məlumatına görə, nazirin təbrikində deyilir:
"Bu gün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu, həyəcan və xəyalları ilə gələcəyə baxdığımız "Bilik günü"dür. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.
Adı "Bilik günü" kimi qeyd olunan bu gün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır.
Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.
Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.
P.S. Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinifə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB - FOTO
- "Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda dəhşət - FOTO
- Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
- Keçmiş deputat vəfat etdi - FOTO
XƏBƏR LENTİ
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
- Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır
- Başlıbel qətliamından 31 il ötür
- "Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama - FOTO
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
- Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
- "Bala Hatun"un sevgilisi "Kuruluş Osman"da - FOTO
- Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?
- Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
- Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
- CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
- KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- Hollivud ulduzu Putini vuracağını AÇIQLADI
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
- Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi