Cəmiyyət

Şəkinin də bazarı bağlandı

14 Sentyabr 2014 18:30
0 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə mal-qara bazarı bağlanıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, əsasən, bazar günləri fəaliyyət göstərən bazara ötən gündən girişə icazə verilməyib. Ərazidə növbə çəkən polis əməkdaşları bazara gələn mal-qara sahibləri və ot satıcılarını geri qaytarıb.

Bazarın bağlanmasına səbəb son dövrlər Aran rayonlarında iribuynuzlu heyvanlar arasında geniş yayılmış nodulyar dermatit xəstəliyidir. Bu virus Şəkinin də bir çox kəndlərinə yayılıb. Qeyd edək ki, Dövlət Baytarlıq xidməti bundan əvvəl də bir sıra rayonlarda mal-qara bazarının fəaliyyətini dayandırmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.