Cəmiyyət

Suriyada ölüm xəbəri yayılan azərbaycanlı dünya çempionu sağdır

14 Sentyabr 2014 09:44
2 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir

"Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil"

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.

Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.

"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır", - deyə çempionun yaxınları bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.