Cəmiyyət

Xaçmazda Bayraq Muzeyi inşa olunur

13 Sentyabr 2014 17:43
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmazda inşa olunan Bayraq Meydanı Kompleksində son tamamlama işləri görülür

Xaçmaz şəhərinin girişində, Çənlibel parkı ərazisində inşa olunan Bayraq Meydanı Kompleksində işlər yekunlaşmaq üzrədir. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hazırda meydanın ərazisinə üzlük daşlar döşənir.

Ərazidə Xaçmazın yeni mədəniyyət abidələrindən olacaq Bayraq Muzeyi də inşa olunur. Muzeyin tikilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsinə təkan verməkdir. Bayraq Muzeyi Xaçmazda inşa olunan sayca 12-ci muzeydir. Muzeyin yerləşdiyi Bayraq Meydanının ərazisi 1.5 hektardır. Bayraq dirəyininin hündürlüyü isə 85 metr-dir. Meydanın 9 noyabr - Bayraq Günündə istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.