Cəmiyyət

Bu körpüdən keçməyin!

13 Sentyabr 2014 16:04
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lənkəran-Masallı rayonlarının sərhədində yerləşən Qumbaşı körpüsü qəzalı vəziyyətə düşüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu səbəbdən körpüdə nəqliyyatın hərəkəti tam dayandırılıb. Sürücülərə alternativ yol kimi Lənkəran-Boradigah Masallı yolundan istifadə etmək tövsiyə olunub.

Körpünün təmirə dayanması ən çox sürücüləri narahat edir. Onlar alternativ yolun uzaqlığından şikayətlənirlər.

Qeyd edək ki, Qumbaşı çayı üzərində körpü 1933-cü ildə inşa edilib və sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.