Cəmiyyət

Bakıda işdən qovulan direktorla bağlı AÇIQLAMA - YENİLƏNİB

13 Sentyabr 2014 14:35
3 Şərh     Baxış: 3 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradənın işdən çıxarılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmi açıqlama yayıb


14:35

İdarədən azvision.az-a verilən məlumata görə, həmin direktor müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

"Kütləvi informasiya vəsitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaranıb.

Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına "Bank of Baku"dan 4000 (dörd min) manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib".

----------
13:21

Müəllimlərin adına kredit götürən direktor işdən çıxarıldı


Adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzova işdən çıxarıldı.

Milli.Az bildirir ki, bu məlumatı virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza verib.

T.Rzanın sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı araşdırma aparıb. Onun işdən çıxarılmasının da kredit qalmaqalı ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, sentyabrın 18-də Xətai Rayon Məhkəməsində həmin məktəbin müəlliməsi Mədinə Tağıyevanın İradə Murğuzovaya qarşı iddiasına baxılacaq. Müəllimə İradə Murğuzovaya qarşı 100 min manat məbləğində təzminat davası açıb. Bundan əvvəl müəllimlərə kredit verən idarənin Xətai-Suraxanı mühasibatlığının direktoru da işdən çıxarılıb.

Bu arada məlum olub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) digər məktəblərdə analoji problemlər yaranmasın deyə yeni tədris ilindən başlayaraq şəffaflıq məsələsinə xüsusi diqqət yetirəcək, müəllim və valideynlərin açıq qəbulunu keçirəcək.

İdarədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu açıq qəbullarda məqsəd müəllimlərin vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində təhsil müəssisəsi rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaqdır.

Məktəblərdə səyyar qəbullar da keçiriləcək, müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən yerindəcə öyrəniləcək. Valideynlər müəllimlərlə və məktəb direktorları ilə bağlı narazılıqlarını açıq şəkildə deyə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.