Cəmiyyət

İstirahət günü Azərbaycanda hava necə olacaq?

13 Sentyabr 2014 13:00
16 Şərh     Baxış: 3 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakı və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcəyi ehtimalı var.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 14-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, küləkli hava şəraitinin sentyabrın 14-ü axşamadək davam edəcəyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.