Cəmiyyət

Lakin əgər onlar din yolunda...

14 Sentyabr 2014 16:57
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib kömək istəyənlər - məhz onlar bir-birinə dostdurlar. İman gətirib hicrət etməyənlərə gəldikdə isə onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara vəlayətiniz yoxdur. Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!" (əl-Ənfal, 8/72)

Peyğəmbərin (s.ə.s.) Mədineyi-Münəvvərəyə hicrətindən dərhal sonra möhkəm təməllərə əsaslanan bir dövlətin qurulmasını və gün keçdikcə güclənməsini həzm edə bilməyən məkkəli müşriklər Mədinəyə hücum etmə qərarı aldılar. Beləliklə, həzrət Peyğəmbərin (s.ə.s.) öndərliyində ənsarla mühacirlərin meydana gətirdiyi gücü yıxmağı və hələ Məkkədə heç cür öhdəsindən gələ bilmədikləri, Mədinəyə daşındıqdan sonra daha da güclənən İslam dinini və müsəlmanları aradan qaldırmağı hədəfləyirdilər. Bu məqsədlə meydana gətirdikləri güclü ordularla Mədinənin üzərinə getdilər. Buna qarşılıq olaraq, düşməndən gələcək hücumu qarşılamaq və Mədinəni qorumaq üçün Peyğəmbərimizin əmri altında maddi gücü zəif, ancaq iman və mənəvi gücü olduqca qüvvətli bir ordunun yaradılması lazım idi.

Yurdlarından köç etməyə məcbur edilən ilk müsəlmanların hərbi birliklər quraraq düşmənlə döyüşmələrinə və özlərini müdafiə etmələrinə Allah (c.c.) ilk dəfə belə icazə verirdi: "Hücuma məruz qalıb zülmə uğrayanlara döyüş icazəsi verildi" (əl-Həcc, 22/39). Bu ayə döyüşü "məşru müdafiə" olaraq görən bir qanun idi və Quran bununla kifayətlənmədi, real bir döyüş üçün də qaydalar gətirdi: "Sizinlə döyüşənlərlə döyüşün, amma əsla həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz" (əl-Bəqərə, 2/190) Quran bunun kimi onlarla ayə ilə döyüşün də bir əxlaqının olmasının zəruriliyini ortaya qoydu.

Əsas etibarilə, İslam dini döyüşü deyil, sülhü hədəfləmiş və bütün insanlıq aləminin əmin-amanlıq və sülh içində yaşamalarını, məcbur olmadıqca döyüşə və silaha müraciət edilməməsini istəmişdir. Ancaq düşmən hücumunun qarşısını almaq, sülhü bərqərar etmək, sülh və dinclik içində yaşamaq və vətəni müdafiə etmək üçün nizamlı ordunun qurulması və əsgərlik vəzifəsinin yerinə yetirilməsi dini bir öhdəçilik və milli bir vəzifədir.

Əsgər isə vətən borcunu sevərək yerinə yetirən, düşmənə qarşı yurdunu, ismət və namusunu müdafiə edən, lazım olduqda bu uğurda canını fəda etməyə hazır, sinəsində iman, əlində silah, vətən gözətçisi bir fədakardır. Vətən uğrundaki heç bir səy və fədakarlıq nə qədər böyük olursa-olsun, əsgərlik ilə müqayisə edilə bilməz. Çünki əsgərlik torpaq üçün qan və can vergisidir. Bunun üçün əsgərlik çox müqəddəs bir vəzifədir. Dinimizdə əsgərliyin mənəvi rütbəsi çox yüksəkdir: Əsgərlik vəzifəsini yerinə yetirərkən ölən şəhid, sağ qalan qazidir.

Əsasən, əsgərliyin və düşmənə qarşı döyüşün qiyamətə qədər yer üzündən qalxmayacağı və vətəni müdafiə etmək üçün güclü və ayıq olmaq lazım olduğu məlum bir həqiqətdir. Bu səbəblə də hər bir müsəlman fərd olaraq bir əsgərdir. Zəruri hallarda kişi və qadın hər fərdin bu vəzifəni yerinə yetirməsi dini bir məsuliyyətdir. Əsgərə getməmək üçün bəzi bəhanələr uydurmaq, özünü xəstəliyə vurmağa çalışmaq böyük günahdır. Onsuz da belə adamlardan nə Allah razı olar, nə də Peyğəmbər məmnun qalar. Sevərək, gülərək və istəyərək vətən qarşısında vəzifəsini yerinə yetirmək üçün əsgərə gedənlərin dünya və axirətdə mərtəbələri uca olacaq.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.