Cəmiyyət

İqtisad Universitetindən Şəmsəddin Hacıyevin qızı haqda AÇIQLAMA

12 Sentyabr 2014 17:11
1 Şərh     Baxış: 3 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Universitetin Xüsusi istedadlılar fakültəsi ləğv olunmayıb. Tələbələr sentyabrın 15-dən dərsə gələcəklər"

Bu barədə modern.az-a İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Xüsusi istedadlılar fakültəsi"nin bir fərqi var ki, orada təhsil ingilis dilindədir. Uşaqlar təhsilini qaldığı yerdən davam etdirəcək. Heç bir problem yoxdur. Bütün məsələ bundan ibarətdir".

"Fakültənin dekanı Çeşmi Hacıyeva işinə davam edir, işinin başındadır", - deyə universitetdən bildirilib.

Qeyd edək ki, dünən mətbuatda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın Azərbaycan Dövlət İqtisad Universitetində 2011-ci ildə yaradılan və dekanı olduğu Xüsusi istedadlar fakültəsinin fəaliyyətinə xitam verildiyinə dair məlumatlar yer alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.