Cəmiyyət

Bu günün hava proqnozu

13 Sentyabr 2014 00:05
4 Şərh     Baxış: 3 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s, axşama doğru yarımadanın bəzi yerlərində 25-27 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı-758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 45-55 faiz, axşam və gecə 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 18-23 m/s.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq.

Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi 5-10 m/s, arabir 18-23 m/s.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Sentyabrın 12-si axşamdan 14-ü axşamadək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.