Cəmiyyət

Bakıda müəllimlərin dərs bölgüsü elektron formada aparılacaq

11 Sentyabr 2014 18:14
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bəzi məktəblərində müəllimlərin dərs bölgüsü elektron formada aparılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində bu il keçirilmiş müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələrinə və müəllimlərin peşəkarlığına əsasən, dərs bölgüsü proqramı hazırlanıb.

Bu tədris ilində 20 pilot məktəbdə həmin proqram əsasında müəllimlərin dərs bölgüsü elektron qaydada aparılacaq.

Layihə uğurlu olacağı təqdirdə onun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.