Cəmiyyət

Bakıda şimal küləyi güclənəcək

11 Sentyabr 2014 13:40
6 Şərh     Baxış: 3 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah axşama doğru Bakıda şimal küləyi güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısı güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 21-25, gündüz 29-30 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 12-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.