Cəmiyyət

Azərbaycanda yağış yağacaq

10 Sentyabr 2014 12:57
16 Şərh     Baxış: 8 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 11-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.