Cəmiyyət

Məktəb bazarı "od tutub yanır" - QİYMƏTLƏR

10 Sentyabr 2014 13:33
2 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç uşağı dərsə yola salmaq minimum 450 manata başa gəlir

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Məktəblilər üçün alış-verişin indi ən qızğın vaxtıdır.

Anspress bir uşağı məktəbə yola salmaq üçün nə qədər xərc çəkilməli olduğu ilə maraqlanıb.

Dərsliklərin dövlət tərəfindən verilməsi valideynlərin xərcini nisbətən azaltsa da, bir uşağı dərsə hazırlamaq üçün kifayət qədər pul lazımdır.

Məktəbə hazırlığın neçəyə başa gəldiyini müəyyən etmək üçün həm topdansatış, həm də şəhərin mərkəzindəki pərakəndə satış mağazalarına baş çəkdik.

Keçən illə müqayisədə məktəbli geyimlərində və ləvazimatların qiymətində elə də böyük dəyişiklik olmasa da, cüzi dəyişiklik müşahidə edilir.

Köynəklər, yubkalar, şalvarlar 10-15 manat, ayaqqabılar 20-40 manat arasıdır. Tikiş Fabrikinin məktəbli formaları isə 40-50 manat arasında satılır.

Məktəblilər üçün vacib olan ləvazimatlardan biri çantadır. Sədərək Ticarət Mərkəzində Dubaydan gətirilən çantalar 10-15 manat arası, Türkiyə istehsalı olanlar 35-40 manat arasında dəyişirsə, mərkəzdə yerləşən mağazalarda qiymətlər daha yüksəkdir. Dubay çantaları 15-20, Türkiyə istehsalı olan çantalar isə 45-50 manatadır.

Digər ləvazimatların qiyməti isə aşağıdakı kimidir;

12 vərəqli dəftər - 10 qəpik
40 vərəqlı dəftər - 40 - 80 qəpik
100 vərəqli dəftər 50, 80 qəpik,1 manat
Rəngli qələmlər 1 - 4 manat
Rəsm albomu - 40 qəpikdən - 2 manata qədər
Pozan 20 qəpik -1 manat
Xəttkeş 20 qəpik - 2 manat
Qələm qabı 2- 5 manat
Su qabı 2-6 manatdır

Bundan əlavə test kitabçaları, əlavə vəsaitlərin də xərci ayrıdır. Məhsulların qiyməti çeşidləri və keyfiyyətindən asılı olaraq dəyişir. Orta hesabla bir uşağı dərsə yola salmaq üçün valideynlər ən azı 150 manat xərc çəkməlidirlər. Yəni bir nəfərin işlədiyi orta statistik ailədə 3 uşağı yola salmaq üçün ailənin bir aylıq maaşı məktəb ləvazimatlarına sərf edilməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.