Cəmiyyət

7 azərbaycanlı gənc hər şeyə rəğmən...

10 Sentyabr 2014 11:30
5 Şərh     Baxış: 2 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

102 tələbə Prezident təqaüdünə layiq görülüb

Təhsil və mütəxəssis hazırlığı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublika Prezidentinin böyük diqqət və qayğısı sayəsində bu siyasət uğurla həyata keçirilir.

Milli.Az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesi də bu istiqamətdəki fəaliyyətin tərkib hissəsidir. Artıq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2014/2015-ci tədris ili üçün tələbə qəbulu başa çatmışdır. Bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplamışdır.

Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il Sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görülmüşdür.

Onlardan 7 nəfəri hər iki valideynini itirənlərdir. 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbçi, 11 nəfərin valideyni isə tibb işçisidir.

Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrin məzunlarının sayı bu il 882 nəfər təşkil etmişdir.

600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olanlar da (35 nəfər) vardır.

Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə - 700 bal toplamışdır. Onlar I, II və IV ixtisas qrupları üzrə imtanan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmuşdur.

Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunmuş, onlarla anket sorğusu aparılmış, rəy və təklifləri dinlənilmişdir. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. "Abituriyent" jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulmuşdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.