Cəmiyyət

Bu günün hava proqnozu

10 Sentyabr 2014 00:05
0 Şərh     Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi 10-15 m/s, arabir 19-24 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 27-32° isti olacağı gözlənilir.

Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 30-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s, arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində hava əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi 5-10 m/s, arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 20-22°, gündüz 28-33°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.