Cəmiyyət

Bakıda köhnə məktəbin yeni həyatı - FOTO

9 Sentyabr 2014 12:45
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son illər Bakıda bir çox tədris müassisələri tikilib və əsaslı təmir olunub. Proses bu gün də davam etməkdədir.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu günlərdə Xətai rayonunda paytaxtın ən böyük məktəblərindən birinin inşası başa çatıb. 194 saylı orta məktəbin köhnə binası yararsız vəziyyətə düşdüyü üçün tamamilə sökülmüşdü. Yerində isə bütün müasir standartlara cavab verən bina ucaldılıb.

Layihəyə əsasən, dördmərtəbəli məktəb binası 1176 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Binanın hündürlüyü 15 metrdir.

Məktəbin direktoru Əliyusif Əliyev bildirib ki, məktəbin ümumi sahəsi 0,7 hektardır.

"Köhnə bina 1936-cı ildə tikilmişdi. Bir neçə il əvvəl Bakıda baş vermiş zəlzələ zamanı binada çatlar yaranmışdı. Onun yerində isə indi yeni bina tikilib. Əvvəllər binada 750 şagird təhsil ala bilirdisə, bu gün 1176 nəfər məktəbdə təhsil ala biləcək", - o əlavə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.