Cəmiyyət

Azərbaycanın orta məktəblərində qadağa ilə bağlı nazirlikdən açıqlama - YENİLƏNİB

9 Sentyabr 2014 12:50
13 Şərh     Baxış: 7 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:50

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır: "Ancaq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib".

---------
10:45

Orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.

Cari tədris ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amilllərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.

Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.