Cəmiyyət

Həftənin ilk iş günü üçün hava proqnozu

7 Sentyabr 2014 15:11
2 Şərh     Baxış: 2 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabırın 8-də havanın dəyişkən buludlu olacağı, yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22° isti, gündüz 28-33° isti olacağı ehtimalı var. Bakıda gecə 18-20° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı ehtimalı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.