Cəmiyyət

Azərbaycanda yaxın günlərin hava proqnozu açıqlandı

6 Sentyabr 2014 12:49
5 Şərh     Baxış: 5 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın 2-3 gündə Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 7-də hava gün ərzində yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.