700 bal toplayan abituriyentlər hər kəsin diqqətində olduğu kimi, onların valideynlərinin kimliyi də ictimaiyyətə maraqlıdır. Maraqlıdır, builki qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərin - artıq I kurs tələbələrinin valideynləri hansı sahələrdə çalışırlar?
Modern.az saytının əməkdaşı, 700 bal toplayan abituriyentlərin valideynlərinin hansı sahədə çalışdıqları barədə araşdırma aparıb.
Eltun İbrahimov valideynilərinin hansı ixtisas sahibi olmaqlarından asılı olmayaraq, onlarla hər zaman fəxr etdiyini deyir: "Atam peşə məktəbini bitirib və hazırda qaynaqçı olaraq çalışır. Anam isə Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, amma işləmir".
Könül Qurbanlı: "Anam Texniki Universitetin məzunudur, amma işləmir. Evdar xanımdır. Atam Bakı Dövlət Universitetinin məzunu olmasına baxmayaraq, Müdafiə Nazirliyinin hərbçisidir".
Nicat Qasımovun hər iki valideyni Tibb Universitetinin məzunudur və bitirdikləri ixtisas üzrə çalışırlar. Onlar hazırda həkim-pediatr kimi fəaliyyət göstərirlər.
Samir Rzayev: "Anam poliklinikada tibb bacısı işləyir. Atam Vergilər Nazirliyində şöbə müdiridir".
Fatimeyizəhra Nəbizadə evdə kimsə xəstə olduğu zaman hamı kimi təlaşa düşmədiklərini deyir: "Çünki anam tibb bacısıdır və belə şeylər bizim üçün o qədər də qorxulu deyil. Atam isə Texnoloji İnstitutu bitirib və energetika sahəsində işləyir".
Məmməd Hacılı: "Anam evdar xanımdır. Atam isə Dövlət Neft Şirkətində qurğu rəisi vəzifəsində işləyir".
İlkin Məmmədzadə anasının onlarla daha çox maraqlandığını deyir: "Anam evdar xanımdır və ona görə də bütün gününü bizə sərf edir. Atam isə Dövlət Sərhəd Xidmətində hərbçidir".
Nurlan Quluzadə: "Atam Daxili İşlər Nazirliyində çalışır. Anam isə Neft Akademiyasını bitirib, amma ixtisası üzrə çalışmır. Müəllimə işləyir".
Milli.Az
Cəmiyyət
700 bal toplayan tələbələr kimlərin övladlarıdır?
5 Sentyabr 2014 17:03
12 Şərh
Baxış: 6 644
DİGƏR XƏBƏRLƏR
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
XƏBƏR LENTİ
- Yenicə toyu olan Xəyalə Manaflının arxiv görüntüləri yayıldı - VİDEO
- Məhkəmə Dilan Polatla bağlı qərar verdi - FOTO
- “iPhone” istifadəçilərinə pis xəbər - kiberhücum oldu
- Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
- Türkiyədə daha bir zəlzələ oldu
- Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Bakıda gəncdən anormal davranış: İşıqfor dirəyinə... - VİDEO
- Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
- "Nəslimdə "TikTok" işlədən yoxdur" - VİDEO
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
- “İrana raket hücumu olmayıb”
- "Bura yaxşı yer deyil, axı sən Əlikramın burada nə işi var?" - VİDEO
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO
- "Onu yuxumda görsəydim, deyərdim ki..." – VİDEO
- Əməkdar məşqçi vəfat etdi - FOTO
- FHN onu həyata qaytardı - VİDEO
- Azərbaycan nefti 3 dollar ucuzlaşdı
- Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilotlar katapult etdi - ANBAAN VİDEO - FOTO
- “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
- Ağdərə-Ağdam yolunun inşasına başlanıldı - FOTOlar
- Şair Sücaət Kəlbəcərlinin ailəsində ağır itki - FOTO
- Nicat Abasov yenə məğlub oldu
- Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR