Cəmiyyət

Təhsil naziri magistraturaya qəbul olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirdi

5 Sentyabr 2014 13:19
Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil naziri Mikayıl Cabbarov ali təhsilin magistratura pilləsinə daxil olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib

Trend xəbər verir ki, nazir jurnalistlərə deyib ki, bu məsələ çox aktualdır: "Mövzu parlamentdə də müzakirəyə çıxarılıb. Bu məsələdə iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Bu, bir həqiqətdir. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs var. Bu zaman ümummilli maraq məsələsi əsas götürülməlidir".

M.Cabbarov qeyd edib ki, nazirlik bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi ilə işçi səviyyədə müzakirələr aparır: "Düşünürəm ki, birlikdə işləyərək ümumi məxrəci tapa biləcəyik. Bu, dövlət və cəmiyyət üçün mühüm məsələdir. Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, hərtərəfli təhlil olunmuş bir qərar veriləcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.