"Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlə təmin olunması istiqamətində artıq müəyyən imkanlar yaradılıb".
Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
M.Cabbarov bildirib ki, hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Dövlət Proqramının məzunları dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.
Nazir qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni təcrübə deyil, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı təxminən 8 ildir ki, həyata keçirilir: "Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində 500-ə yaxın gənc bu tədris ili üçün seçim prosesində seçilib. Proses tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər".
M.Cabbarov bildirib ki, əvvəlki illərlə müqayisədə bu il seçim daha böyük rəqabət mühitində keçib: "Ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələbələrin təklifləri nəzərə alınaraq Dövlət Proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini davam etdirirlər. Ümid edirik ki, tələbələr xaricdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər".
Milli.Az
Cəmiyyət
Mikayıl Cabbarov: "Xaricdə təhsil almış gənclərin işlə təmin olunması üçün müəyyən imkanlar yaradılıb"
5 Sentyabr 2014 12:46
Baxış: 839
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü
- Dua Lipa məşhur brend üçün kamera qarşısına keçdi - FOTOlar
- Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü