Cəmiyyət

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin nəticələri açıqlandı - YENİLƏNİB

4 Sentyabr 2014 12:53
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:53

Azərbaycanda orta ixtisas təhsili müəssisələrin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Komissiya 2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 4-də saat 12:20-dən etibarən Komissiyanın internet saytında yerləşdirib.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Boş qalan 1561 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1018 abituriyent ərizə təqdim etmişdir. Onlardan 731 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.

Qəbul olanlar sentyabrın 5-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

----------
11:28

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb.

Müsabiqədə iştirak edən abituriyentlər istədikləri ixtisasları seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək ərizəsini təsdiqləyiblər.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

İxtisas seçiminin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur.

Nəticələrin elan olunmasına dair ilkin məlumatları TQDK-nın səhifəsindən əldə etmək mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.