Cəmiyyət

Bakıda məktəbdə döyüş sursatı çıxdı

2 Sentyabr 2014 19:44
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda məktəbin zirzəmisində döyüş sursatları aşkar edilib. Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilibdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim üçün istifadə edilən), sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.