Cəmiyyət

Bakının məşhur şadlıq sarayı sökülür

2 Sentyabr 2014 17:04
11 Şərh     Baxış: 10 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcra başçısı məşhur şadlıq sarayını sökdürür

Nizami Rayon İcra Hakimiyyəti Bakının məşhur şadlıq saraylarından olan "Planet"in sökülməsi ilə bağlı tapşırıq verib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti obyekt rəhbərliyinə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb. Nizami rayon İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına kimi vaxt qoyub.

"Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb", - deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, paytaxt Bakıda yerləşən restoranlar arasında "Planet"də gəlin maşınının zala daxil olması özəlliyi ilə məşhurdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.