Sentyabrın 2-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməlqoyma mərasimi keçirilib.
Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev DSX-nin reallaşdırdığı layihələrə, gördüyü işlərə daim dəstək verdiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə Fondun prezidenti Mehriban Əliyevanın bir neçə dəfə bu müəssisədə olduğunu, müvafiq tövsiyə və tapşırıqlarını verdiyini xatırladıb. Bir neçə ildir ki, Heydər Əliyev Fondu ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşlıq etdiyini deyən A.Ələkbərov bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və yeni layihələrin reallaşdırılacağına əminliyini bildirib.
Heydər Əliyev Fondunun və Dövlət Sərhəd Xidmətinin birgə layihəsi olan yeni korpusun yerləşdiyi ərazinin sahəsi 4,2 hektardır. Tikintinin ümumi sahəsi 10 367,9 kvadratmetrdir. Dördmərtəbəli binada 18 sinif şagirdlərin ixtiyarına veriləcək. 420 şagird yerlik kimya, biologiya və fizika fənləri üzrə ixtisaslaşdırılmış siniflərdən təşkil olunmuş yeni tədris və yataqxana korpusu müasir tələblərə uyğun layihələndirilib. Binada Heydər Əliyev Muzeyi, 220 yerlik akt zalı, 25 metr uzunluğunda üzgüçülük hovuzu, 420 yerlik yataqxana, yeməkxana və trenajor zalları olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməli qoyuldu - FOTO
2 Sentyabr 2014 16:56
Baxış: 1 211
DİGƏR XƏBƏRLƏR
- “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib - FOTO
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
- “Abzas Media” və “Toplum TV” işində yeni faktlar - FOTO
- ANS-in keçmiş aparıcısı baş redaktor təyin edildi
XƏBƏR LENTİ
- Ermənistan-Gürcüstan yolu açıldı, 1-ci gün...
- “Tesla” bütün “Cybertruck” pikaplarını GERİ ÇAĞIRDI - SƏBƏB
- Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
- Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTOlar
- "Qarabağ" qələbəni əldən verdi
- Bağanis Ayrım kəndi minalardan təmizlənir
- Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA
- Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
- Mahmud Qurbanov: “İnanmıram ki, bu, “Qarabağ”, “Neftçi” üçün maraqlı olsun” - VİDEO
- Xərçəngdən qorunmağın SADƏ YOLU
- Türkiyə ordusu Suriya və İraqda terrorçuları məhv etdi
- Bakıda oteldə yanğın başlayıb
- 5 ədəd qoz yeyib 4 saat gözləyin ... - FOTO
- Paris Hilton ilk dəfə qızını göstərdi - FOTOlar
- Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA
- Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb
- 2 ildir COVID-dən əziyyət çəkirdi, öldü
- Bakıda taxta bazarı yanır, əraziyə 15-ə yaxın texnika gətirilib - YENİLƏNİB
- Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
- Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
- Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”
- ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO
- 13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı
- "Aşıq Mübariz olsam, özümü öldürərdim" - VİDEO