Cəmiyyət

QMİ-dən gizli kameralar barədə RƏSMİ AÇIQLAMA

2 Sentyabr 2014 16:21
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şeyxulislam Allahşükür Paşazadənin QMİ-dən gizli kameralar quraşdırması məsələsinə rəsmi cavab verilib

QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, bəzi saytlarda QMİ ilə bağlı yayılan provokativ xarakterli yazılarla bağlı bildiririk ki, bu, İdarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır: "Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Həmçinin məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan oldugundan bu yerlərdə təhlükəsizlik kameraların quraşdırılması zəruridir.

İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyildir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.