Cəmiyyət

Küçə itləri Bakı sakininə dəhşətli anlar yaşatdılar

2 Sentyabr 2014 10:43
2 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda küçə itləri ilə bağlı məsələ hələ də aktuallığını itirmir. Onların sayı günü-gündən artır. Küçə itlərinin insanlara hücumlarının sayı da artır.

Görünür, bütün bunlar küçə itlərinə qarşı mübarizənin düzgün səviyyədə aparılmaması ucbatındandır. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu ilin ilk rübündə Bakıda 854 insan heyvanların hücumuna məruz qalıb. Onların 688 nəfərini küçə itləri dişləyib.

Bu günlərdə Nizami rayonunun Bəhruz Nuriyev 27 ünvanında yaşayan sakin səhər zibil atmağa gedərkən küçə itinin hücumuna məruz qalıb. O, zibil konteynerlərindən birinə yaxınlaşarkən, bir dəstə it ona tərəf gəlib. Onu üzük qaşı kimi əhatəyə alıblar. İtlərin "ən cəsuru" isə onu qapmaqdan da çəkinməyib. Heyvanın dişləri sakinin yalnız şalvarını tuta bilib.

Xoşbəxtlikdən, hadisə yerinin yaxınlığında başqa adamlar da olublar. Onlar itləri daşla qovublar. Daha bədbəxt hadisə də baş verə bilərdi. Misal üçün, 2012-ci ildə Azərbaycanda 8 nəfər it dişləməsindən dünyasını dəyişib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.