Cəmiyyət

Avtoyuyucunun səsini polis eşitmir, sakinlər isə yata bilmirlər

2 Sentyabr 2014 10:25
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Nərgiz adlı oxucu məktub göndərib.

Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Biz Xətai rayonunda, Məhəmməd Hadi 80 ünvanında yaşayırıq. Artıq 6 ilə yaxındır ki, binamızın birinci mərtəbəsində avtoyuyucu fəaliyyət göstərir. Bu obyektin müəyyən iş qrafiki yoxdur. Gecə saatlarına qədər işləyir. Maşınlardan əlavə, xalçalar da yuyulur. Mənzilimizin pəncərələrini həmişə qapalı qoymaq məcburiyyətindəyik. Onları açmaq sadəcə mümkün deyil".

Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin inspektoru Uğur Məmmədovla əlaqə saxlayıb. Onun sözlərinə görə, yuyucunun gecə saatlarına qədər işlədiyi barədə məlumat həqiqətə uyğun deyil.

"Bundan əvvəl xalça yuyulduğuna görə mənə müraciət edilmişdi. Bu avtoyuyucu axşam saat 10-a qədər fəaliyyət göstərir. Buradakı küy də elə güclü deyil ki, hansısa tədbir görülsün", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.