Cəmiyyət

Daş karyerində "çörək" qazananlar - FOTOSESSİYA

1 Sentyabr 2014 17:05
4 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı ətrafında saysız daş karyerlərindən, sadəcə, biri

İşsizlik ucbatından diyarlardan gəlmiş ucuz əmək qüvvəsi. Toz-torpaq içində insan həyatı.

Milli.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, tanınmış fotoqraf Abbas Atilay sizə mişar daşının hansı əməyin və kimlərin zəhmətinin nəticəsində hazırlandığını göstərir.

"Çörəy"i daşdan çıxaranların hekayəsi.

Gecə-gündüz daş kəsilən bu karyerlərin əmək qüvvəsi, əsasən, Azərbaycanın ucqarlarından "çörək pulu" üçün Bakıya pənah gətirənlərdir.

Onlar gündə, iki növbə, olaraq 24 saat işləyirlər. Kəsilən hər bir daşı maşına 2 qəpikdən yükləyirlər. Gün ərzində üç-dörd maşına daş yükləmək mümkün olur. Bu hesabla hər bir işçi gün ərzində 20-40 azn arasında pul qazana bilirlər.

Amma bəzən işlər o qədər də yaxşı getmir, daş kəsən mişarların dişləri qırılır və onlar maşının altına keçərək saatlarla onu təmir etməklə məşğul olurlar.

Belə daş karyerlərinin işçiləri, əsasən, cavan oğlanlar olur. Çünki işin ağırlığına ortayaşlı adamlar tap gətirə bilmirlər.

Mişarın kəsdiyi daşlar yük maşınına yığılması üçün kənara atılır.

İşçilər həm yük maşınını gözləyir, həm də bir az dincəlirlər. Hazır daşlar maşınlara yüklənir.

Hava çox isti olduqda tez-tez işə ara verirlər. Onlar bu görünən daxmalarda dincəlirlər. Onlardan bəziləri isə ümumiyyətlə, burada da gecələyirlər.

İstirahət vaxtı işçilər istidən bu dəmir daxmada sərinləmək istəyirlər. Amma otaq dəmirdən olduğu üçün sərinləmək elə də asan deyil.

İstirahət üçün bəzi daş karxanalarında belə kiçik daşdan otaqlar da mövcuddur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.