Cəmiyyət

Bu günün hava proqnozu

2 Sentyabr 2014 00:05
1 Şərh     Baxış: 3 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s, gündüz 8-13 m/s.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz olacaq.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti,
dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın üç gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.