Qurani-kərimin nüsxələrində hərəkələr (hərfüstü və hərfaltı işarələr) nə zamandan yazılıb?
Milli.Az islam.az-a istinadən bildirir ki, məlumatlara görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə hicrətin birinci əsrində yaşamış məşhur ərəb qrammatiki Əbul-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Qeyd edək ki, ərəb dilinin qrammatik əsaslarını da İmam Əlinin (ə) tövsiyəsi və rəhbərliyi ilə o hazırlamışdı.
Tövbə surəsinin 3-cü ayəsinin bəziləri tərəfindən səhv oxunduğunu görən alim əvvəldən-axıra bütün Quran nüsxəsinə hərə¬kələr qoyur. Əvvəllər hərəkələri rənginə görə yazıdan fərqlənən mürəkkəblə qoyurdular. Hərəkələr Quran qiraətini asanlaşdırır, ayələrin mənasını daha tez və düzgün anlamağa yardım göstərir.
Milli.Az