Cəmiyyət

Məktəbli olmağın qiyməti neçəyədir?

1 Sentyabr 2014 15:43
6 Şərh     Baxış: 3 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideyn bir məktəblini yola salmaq üçün təxminən 150 manat xərcləməlidir

"Qafqazinfo" məlumat verir ki, yeni tədris ilinin başlamsına iki həftə qalır. Yay tətilinin qurtarması valideynlər üçün yeni qayğıların başlancığıdır. Nəzərə alaq ki, bu gün məktəblini təhsil dalınca yollamaq da hünər istəyir. Çünki təkcə bir uşağı məktəbə yola salmaq üçün valideyn əməli-başlı pul xərcləməlidir. Başlayaq, məktəbli geyimindən. Bir neçə ildir, ölkə məktəblisi üçün vahid forma təklif olunur. Açığı bəzi şəhər məktəblərində bu vahid formanın geyinilməsinə ciddi nəzarət var. Bu səbəbdən valideynlər məktəbli formasını almağa məcburdular.

Bir məktəblinin geyimi üçün valideyn orta hesabla bu qədər pul xərcləməlidir:

Ayaqqabı 10 -35 manat arasında

Corab, alt geyimi üçün təx. 4-8 manat

Vahid məktəbli forması ölçüyə görə 40-52 manat

Vahid məktəbli formasının qiyməti Bakı Tikiş Evinin standart qiymətləridir. Bazar, yarmarkalarda saxta məktəb formaları da var. Onların qiyməti göstərilən məbləğdən bir qədər ucuzdur. Bu məktəb formaları Çindən gətirilən xammal hesabına tikilir. Qeyd edim ki, Bakı Tikiş Evinin ölkə üzrə 20-dən çox satış mağazası var. Vahid formanın birbaşa mağazadan alınması məqsədəuyğundur.

Məktəblinin dərs ləvazimatlarının qiyməti isə orta hesabla belə dəyişir:

Çanta: 10-35 manat

Karandaş: 1-5 manat

Qələm: 20 qəpik- 1 manat

Xətkeş: 50 qəpik-2 manat

Oyun xəmiri (plastilin): 1, 50 qəp- 4 manat

Flamaster: 1-6 manat

Rəsm albomu: 50 qəpik - 3 manat

Qələm qabı: 2-5 manat

Rəngli kağız: 80 qəpik - 3 man

Qovluq: 3- 5 manat

Dəftər (vərəq sayına görə): 20 qəpik - 1 manat

Su qabı: 3 - 12 manat

Qidalanma cantası: 4-7 manat

Pozan: 20 qəpik - 1manat

Korreksiya karandaşı (ağardan, pozan qələm): 1-3 manat

Yapışqan: 50qəpik - 2 manat

Pərgar: 80 qəpik-5 manat

Məktəblinin dərs kitablarının bir qismini təhsil aldığı məktəb verir, bir qismini isə valideyn özü almalı olur. Misal üçün, aşağı sinif şagirdləri "Rus dili" dərsliyini (5 manat), eləcə də "Sinifdənxaric oxu" dərsliyini (5 manat) pulla alırlar. Hələ valideynin bununla işi də bitmir. Belə ki, iş dəftərlərin ləğv olunması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələ ki, konkret söz deyilməyib. Ona görə də, valideynin məktəb xərclərinə bunu da əlavə etsək, böyük məbləğ ortaya çıxır. İş dəftərlərinin qiyməti 3-5 manat arasında dəyişir. Misal üçün, 1 məktəbli üçün 5 fənndən alınan iş dəftərləri üçün təxminən 20-25 manat tələb olunur.

Yuxarıda qeyd olunanlar valideynin bir uşaq üçün xərcləcəyi pul vəsaitidir. Bir uşağın məktəbə yola salınması valideynə orta hesabla 150 manata başa gəlir. Nəzərə alaq ki, bu vəsait alınan məhsulun keyfiyyət göstəricisini həll etmir.

Bu minvalla, iki-üç övladını yola salan valideynlər neyləsin? Allah işinizi avand eləsin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.