Cəmiyyət

Novxanı bağlarının taleyi necə olacaq?

1 Sentyabr 2014 13:34
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına E.Məmmədov adlı oxucu müraciət edib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Biz Novxanı qəsəbəsində (Novxanı bağları) yaşayırıq. Bilmək istərdim ki, burada kommunal xidmətlərin yaxşılaşdırılması üçün işlər nəzərdə tutulurmu? Burada kanalizasiya sistemi, asfaltlanmış yollar və qaz xətləri yoxdur. Qəsəbədaxili yollar da işıqlandırılmır. Zibil qutuları da yoxdur və zibillər ümumiyyətlə yığışdırılmır".

Oxucunun suallarına aydınlıq gətirmək üçün saytın əməkdaşı Novxanı qəsəbəsinin bələdiyyəsinin sədri İlqar Əmrahovla əlaqə saxlayıb. Onun sözlərinə görə, Novxanı bağları Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonu ərazilərinə düşür.

"Bizim əraziyə düşən hissədə siz dediyiniz kommunal məsələlər həll olunub. Qəsəbənin digər hissələrinə gəlincə, heç nə deyə bilmərəm, çünki o ərazilər bizim balansımızda deyil.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bağlarda kanalizasiya xətlərinin çəkilməsi "Azərsu" səviyyəsində həll olunmalıdır.

"Azərsu" ASC-də isə qeyd ediblər ki, dövlət proqramında qeyd olunan qəsəbənin kanalizasiya sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.