Cəmiyyət

Mübariz Qurbanlı: "Yas mərasimləri həddini aşmamalıdır"

1 Sentyabr 2014 11:48
Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycanda yas mərasimləri həddini aşmamalıdır, yəni burada müəyyən nizam qorunmalıdır". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi də bundan ibarətdir: "Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir".

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir. Bəzi rayonlarda bu tövsiyələrə əməl edirlər. Artıq Bakıda da yas mərasimlərinin keçirilməsində dəyişiklik var. Ümumiyyətlə, bu məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənlərə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.