Cəmiyyət

Bakıda sürücülər nəzarətə götürüldülər - FOTO

1 Sentyabr 2014 13:16
4 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zabrat-Kürdəxanı yolunda yeni stasionar radar quraşdırılıb. Ancaq radar haqqında heç bir xəbərdaredici yol nişanı yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, həmin yolda sürət məhdudiyyətini göstərən yol nişanı (3.24) da yoxdur.

"Radar məsələsində" oxucu haqlıdır. Çünki yerli qanunvericiliyə əsasən, əgər radar işləyirsə, ondan əvvəl sürücülərə qurğu barədə xəbərdarlıq edən müvafiq nişan olmalıdır.

2012-ci ildə "Yol hərəkəti Qaydaları"na edilən əlavəyə əsasən, radar olan yerlərdən əvvəl 6.14 saylı nişan ("İnformasiya stendi") quraşdırılmalıdır. Bundan əlavə, sürət həddinin nə qədər olduğunu göstərən nişan da olmalıdır.

Sabunçu Rayon Yol Polisi İdarəsindən bildiriblər ki, Zabrat-Kürdəxanı yolundakı radar hələ ki, işləmir.

"Radar bu yaxınlarda quraşdırılıb və hələ ki, yol polisinin daxili şəbəkəsinə qoşulmayıb. Yaxın günlərdə müvafiq nişanlar da quraşdırılacaq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.