Cəmiyyət

Bakıdakı qəsəbənin sakinləri yuxudan oldular

1 Sentyabr 2014 10:14
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bayıl qəsəbəsindəki Xanlar küçəsinin sakinləri gecələr normal yata bilmirlər. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Natella adlı oxucu məlumat verib.

"Avqustun 27-dən 28-ə keçən gecə yaxınlıqdakı inşaat sahəsinə betonqarışdıran maşınlar gəlib-gedir, səs-küy yaradırdılar. Pəncərələri qapayanda belə səsdən dayanmaq olmurdu. Gecə saat 2-də Daxili İşlər Nazirliyinə müraciət etdik. Bir müddət keçəndən sonra səs azaldı, ancaq inşaat yenə də davam etdirildi. İnsanlara imkan vermirlər ki, yatsınlar", - o əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Səbail Rayonu Polis İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, faktı araşdırmağa hazırdırlar. Bunun üçün vətəndaşlar kollektiv şəkildə müraciət etməlidirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.