Cəmiyyət

Bakının "zibilə düşmüş" küçələri - FOTO

30 Avqust 2014 13:14
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzi küçələrində axşam saatlarında zibil əlindən tərpənmək olmur

AzNews.az xəbər verir ki, belə hallara daha çox Bakının Nəsimi və Səbail rayonlarının mərkəzi küçələrində rast gəlinir.

Paytaxt sakinləri çox zaman bu ərazilərdə fəaliyyət göstərən obyektlərin küçəyə atdıqları tullantılar üzərindən addımlamalı olurlar. Hələ bu azmış kimi, bu tullantıları təmizləməyə borclu olan qurumlar bizi zibil qalıqlarının yaratdığı üfunəti ciyərimizə çəkmək məcburiyyətində də qoyurlar.

Bu mənzərəyə mağazaların sıx olduğu küçələrdə daha çox rast gəlinir. Mağazalar zibil qutusu kimi ya küçə kənarlarını, ya da ən yaxşı halda yaxınlıqdakı ağacların qazonla örtülmüş diblərindən istifadə edirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.