Cəmiyyət

Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirildi

30 Avqust 2014 12:20
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmlər zamanı Müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda sanitar tibb hissəsinə baxış keçirilib, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilmiş, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.