Cəmiyyət

Tərbiyəsiz sürücülər cəzalandırılacaqlar - VİDEO

30 Avqust 2014 12:17
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ətraf mühitin həm piyadalar, həm də sürücülər tərəfindən çirkləndirilməsi hallarına tez-tez rast gəlinir. Sürücülərin isə maşınların pəncərələrindən tullantıları atması onsuz da təmiz olmayan ekologiyanı bir az da çirkləndirir.

ANS TV-nin məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin videokameralarına çəkilən kadrlardan sürücülərin ətraf mühitin çirklənməsində nə qədər rolu olduğunu asanlıqla görmək olar. Məsələn, sürücünün siqaretin qutusunu yerə atdığının şahidi oluruq. Başqa bir kadrda isə sürücü içdiyi su qabı ilə ekologiyanı korlayır.

Bu cür misalların sayını kifayət qədər artıra bilərik. Ekoloq İslam Mustafayev deyir ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün artıq "Avro 4" standartlarına keçilib: "Amma bununla yanaşı, sürücülər özləri də ekologiyanın təmizliyinə diqqət etməlidirlər. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır.

Məsələn, qabaqda gedən sürücü əlində olan butulkanı atır. Bu arxadakı maşına da dəyə bilər. Yaxşı olardı ki, arxadan gələn sürücü də özündən əvvəldə gedən sürücünü saxlayıb ona bunun yaxşı olmadığını desin".

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, sürücülərin ətraf mühiti çirkləndirməsi inzibati xəta hesab olunur və belə sürücülər aşkar edilərək məsuliyyətə cəlb olunurlar.

Ona görə də gəlin ətraf mühiti qoruyaq. Ən azı, özümüz əlimizə gələni minik vasitəsindən çölə atmayaq ki, bizim də azacıq ətraf mühitin təmizliyində payımız olsun.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.