AzərTAc yazır ki, boşanma zamanı ən problemli məsələlərdən biri də uşağın hansı valideyninin himayəsində qalmasıdır.
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda ananın yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.
Qeyd edilən müstəsna hallarda uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, iş rejimini nəzərə almaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalması tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.
Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.
Milli.Az
Cəmiyyət
Boşanma zamanı uşaq hansı hallarda atanın himayəsinə verilir?
30 Avqust 2014 09:10
1 Şərh
Baxış: 32 940
DİGƏR XƏBƏRLƏR
- Amerikada urologiya uzmanlığını qazanan ilk azərbaycanlı - FOTOlar
- Günün qoroskopu: Normal günlərdən fərqli olaraq daha sürətlə yorulacaqsınız
- Bakıda qəribə olay: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
- TikTokerlərin həftəlik qazancı gündəm oldu - VİDEO
- "Parklanma qiymətləri çox bahadır, qərarda dəyişiklik lazımdır"
- Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü zəhərləndi
XƏBƏR LENTİ
- "İşgəncə aldığım yerləri görəndə infarkt keçirdim"
- Gənc oğlan sahə rəisini güllələyib — TƏFƏRRÜAT
- AMB-nin son qərarı kredit faizlərinə təsir edəcək?
- İran mediasında azərbaycanlı jurnalistin qısa ətəyinə qəribə reaksiya - FOTO
- Juninyo Fransa klubu ilə razılaşıb? - FOTO
- Məşhur türk serialı Qarabağda çəkilə bilər
- Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı
- Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə
- Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi
- Elektromobillərin qiymətləri ucuzlaşa bilər
- “Lifttəmir”in direktoruna şiddətli töhmət verildi - Vəzifəsindən azad edilə bilər
- Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
- Azərbaycanda qadağan edilmiş maddələrin siyahısı artırıldı
- Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO - FOTO
- ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet
- Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
- Kreml: "Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir
- Moskva terrorunun yeni təfərrüatı məlum oldu
- Ronaldo hakimə belə etiraz etdi - FOTO
- “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
- 28 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş
- Bakıda duman olacaq, külək əsəcək
- “Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
- Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var” - VİDEO