Cəmiyyət

Makiyaj ruhi vəziyyətlə birbaşa əlaqəlidir

29 Avqust 2014 18:25
2 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınların əksəriyyəti özünü bəyəndirməkdən çox özünü bəyənmək üçün makiyaj edir

Makiyaj xanımların çoxunun gündəlik həyatının bir parçasıdır. Xüsusi günlərdə isə qadınlar daha cazibəli və dəbdəbəli makiyaj seçərlər. Mütəxəssislərə görə, makiyaj edən qadınların əksəriyyəti özünə inamzsız, özündən narazı xanımlardır.

Yaponiyalı alim Ken Mqi 2 il qadınlar üzərində apardığı araşdırma zamanı qadının makiyajlı və makiyajsız halının beyninə necə təsir etdiyini təyin edib. Belə ki, makiyajlı qadınların beynində zövq alma hormonu dopamin ifraz olunduğu müəyyən edilib.

Elm adamları araşdırmadan əvvəl də qadınların makiyajdan sonra müsbət hisslər içinə girdiklərini düşünürlər. Mütəxəsislərin fikrincə, makiyaj daxili dünyamızın üzümüzə əks olunmasıdır. Makiyaj etmək özümüzü izah etmənin ən gözəl yoludur. Vizajist Nərmin Rüstəmovanın dediyinə görə, makiyaj bir qadının gözəlliyini oraya çıxarmanın və ən təsirli şəkildə əks etdirmənin yoludur. "Bəzən özümüzü xoşbəxt etmək, bəzən də olduğumuzdan fərqli və ümumiyyətlə, daha gözəl görünmək üçün makiyaj edirik. Makiyaj təxəyyülün əksidir".

Həmsöhbətimiz bildirir ki, xanımlar makiyaj edərkən fərdi motivasiyalarını təmin edir, günə motivasiya ilə başlamaq isə xoşbəxtlik verir: "Bu da gülər, şirin bir üz deməkdir. Mükəmməlliyi hədəfləyiriksə, atacağımız ilk addımlardan biri makiyajdır. Davamlı yeni sınaqlarla ən yaxşısını kəşf edə bilərik. Sınamaq yeni formalar qazandırar".

N.Rüstəmovanın sözlərinə görə, qadınların əksəriyyəti özünü bəyəndirməkdən çox özünü bəyənmək üçün makiyaj edir. Səhər oyandığında üzündə kiçik də olsa bir sızanaq gördüyündə, ya da şişmiş gözlərini fərq etdiyində, yığıncağa bu halda gedə bilməyəcəyini düşünən qadın, dərhal vəziyyətə müdaxilə etmək istəyir. Və bu halda makiyaj köməyə çatır: "Amma bəzi qadınlar var ki, yaşlarını nəzərə almadan elə formada makiyaj edirlər ki, üzlərinə baxmaq mümkün olmur. Makiyaj edən hər bir qadın getdiyi yeri və yaşını mütləq nəzərə almalıdır. Çünki həddən artıq makiyaj kənardan çox bayağı və vulqar görünür".

Tarix boyu kosmetik vasitələrin istifadəsi adət-ənənə ilə bağlı olmuş və cazibədarlıq, ucalıq simvolu kimi qəbul edilib. Ancaq müasir zamanda makiyaj daha çox cinsi cazibədarlıqla bərabər tutulur.

Psixoloq Aynur Əlibəyli deyir ki, makiyajın əks cinsin nümayəndələrinə təsiri də alimlər tərəfindən araşdırılıb: "Fransada aparılan araşdırma zamanı məlum olub ki, kişilər makiyajlı qadına daha tez yaxınlaşıb tanış olmağa çalışırlar. Makiyajsız qadınlara isə yaxınlaşan çox az olur. Fransalı alimlər hesab edirlər ki, qadınların baxımlı və makiyajlı olması kişilərə daha çox güvən və yaxınlaşma cəsarəti verir".

Makiyaj fərqli mədəniyyətlərdə fərqli qarşılana bilər. Makiyaj bir tərəfdən cazibədarlığı artırırkən, digər tərəfdən istəkli olmanı nümayiş etdirmək kimi qəbul edilə bilər. Psixoloq hesab edir ki, qadınlar ən çox özlərini bəyənə bilmək üçün makiyaj edirlər. Bəyəndirmək istəyi ikinci dərəcəli olur. Yəni, elə qadın var ki, ona ətrafdakı insanların fikri önəmli olmur. O, özünə gözəl görünmək üçün makiyaj edir. Bəzi qadınlar isə özlərinə inamsız, özlərindən narazı olduqları üçün makiyaj etməyə çalışırlar. Belə qadınlar zibil atmağa, çörək atmağa belə gedəndə makiyaj edirlər: "Psixoloji sarsıntı keçirən, xarici görkəminin çatışmazlığı dəfələrlə üzünə vurulan, bəyənilməyən, qarşı cinsin nümayəndələri tərəfindən diqqət edilməyən qadınlar daha çox makiyaj etməyə üstünlük verirlər. Bəzi qadınlar isə makiyajla daha gözəl göründüklərini düşünüb özlərinə qarşı daha inamlı olurlar və bu da onlara işlərinin rahatlıqla həyata keçməsinə imkanlar yaradır. Bir çox qadın üçün isə makiyaj həyat tərzidir. Özünə bir imic seçir və ömür boyu elə makiyaj edir. Çox az qadın kişilərin xoşuna gəlmək üçün makiyaj edir".

Makiyajın ruhi vəziyyətlə birbaşa əlaqəli olduğunu deyən müsahibimizin sözlərinə görə, çox zaman ruhi pozuntu yaşayan qadınların üzünə baxanda bunu hiss etmək mümkün olur: "Qadının üzündə rənglər bir-birinə qarışıbsa, deməli, onun daxili aləmində də fırtınalar var. Sakit ruhlu qadının makiyajı hüzurverici olur".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.