Cəmiyyət

Bakını gözəlləşdirən kişinin küçəsini bu günə qoyublar - FOTO

1 Sentyabr 2014 02:00
1 Şərh     Baxış: 2 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir vaxtlar Bakı şəhərinə gözəlliklər bəxş edən şəxsin adını daşıyan küçə üfunət saçır. Tanınmış şəxsiyyət, Bakı şəhərinin memarı olmuş Qasım bəy Hacıbababəyovun adını daşıyan küçədə yol bərbad vəziyyətdədir. Hazırda paytaxtın simvoluna çevrilmiş Fəvvarələr bağı, Xəqani parkı, Nizami muzeyi, "Araz" kinoteatrını tikmiş şəxsiyyətin adına olan küçəni "Azərsu", Azəriqaz" və "Azəristiliktəchizat" dağıdıb.

Oxucular Milli.Az-a yazırlar ki, Binəqədi Rayon İcra Hakimiyyəti ancaq rayonun gözə görünən yerlərini abadlaşdırır. Arxa küçələr isə yada düşmür. Q.Hacıbababəyov küçəsini uzun zamandır qazıblar, lakin asfalt çəkmək yaddan çıxıb. Oxucular Milli.Az-dan həmin küçələrdəki vəziyyəti rayon rəhbərliyinin yadına salmağı xahiş edirlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Milli.Az-a bildirdi ki, Q.Hacıbababəyov küçəsində "Azərsu" və "Azəriqaz" tərəfindən qazıntı işləri aparılıb. Hazırda qazılan ərazi müvəqqəti bağlansa da, işlər tam başa çatdırılmayıb. Həmin qurumlar işi tam başa çatdırandan sonra Binəqədi Rayon İcra Hakimiyyəti təmir işləri aparacaq.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.